AZ

USAID-də yoxlama başladı, Ukraynada media qurumları maliyyəsiz qaldı...

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramları çərçivəsində ABŞ-ın yardımının dondurulmasından sonra Ukraynada 100-dən çox mədəniyyət və media qurumu maliyyəsiz qalıb.

“İki sahil” xəbər verir ki,  bu barədə İspaniyanın “El Pais” qəzeti BMT-nin Ukraynadakı missiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Maliyyə çətinlikləri Donald Trampın bütün dünyada Amerika humanitar yardımını idarə edən USAİD təşkilatını ABŞ Dövlət Departamentinin nəzarəti altına vermək qərarından sonra yaranıb.

“BMT-nin Ukraynadakı agentlikləri ABŞ-dan maliyyə vəsaiti cəlb edən hər hansı yeni sənədi imzalamamağı tələb edən daxili bildiriş aldılar”, – deyə, "El Pais" mənbələrə istinadən yazır.

"El Pais" yazır ki, BMT-nin Ukraynadakı missiyası hazırda “kritik” əhəmiyyətli olan layihələri müəyyən etmək üçün layihələri təhlil edir. Plan, maliyyə çətinliklərinə baxmayaraq, onları qorumaq üçün bir yol tapmaqdır.

Bazar ertəsi ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu USAİD-in müvəqqəti rəhbəri təyin edib. Daha sonra cənab Rubio Konqresə USAİD-in fəaliyyətinin auditi barədə məlumat verib. Dövlət Departamenti izah edib ki, təyinat və baxış ABŞ-ın yeni prezident administrasiyasının USAİD-in fəaliyyəti ilə bağlı sualları ilə əlaqədar həyata keçirilir.

Seçilən
4
50
ikisahil.az

10Mənbələr