AZ

“Milan” meksikalı futbolçunu heyətinə qatdı

Niderlandın “Feyenoord” klubunun futbolçusu Santyaqo Ximenez karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Meksika millisinin üzvü  “Milan”a transfer olunub.

23 yaşlı forvard yeni klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, yeni klubunda 7 nömrəli forma altında çıxış edəcək.

Ximenez cari mövsümdə “Feyenoord”un heyətində 19 oyunda 16 qol vurub.

 

Seçilən
26
idmanxeber.az

1Mənbələr