Vaşinqtona səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan etirazlarla qarşılanıb.
OXU24.COM xəbər verir ki, baş nazir ölkəsinin Vaşinşqtondakı səfirliyinin önündə onun siyasətini tənqid edən plakatlarla üzləşib.
Fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.
Məlumata görə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri Paşimyanla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.