AZ

Ekvador seçki ərəfəsi ölkə sərhədlərini bağlayacaq

Ekvador prezidenti Daniel Noboafevralın 9-da ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində fevralın 8-dən 10-dək ölkə sərhədlərinin bağlanması və təhlükəsizlik məqsədilə limanların hərbiləşdirilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Təhlükəsizlik qüvvələrinə limanları dərhal hərbiləşdirməyi və ölkənin şimal və cənub sərhədlərində hərbi mövcudluğu gücləndirməyi tapşırmışam" - prezident deyib.

Onun sözlərinə görə, sərhədlər silahlı qrupların sabitliyi pozmaq cəhdləri səbəbindən fevralın 8-dən 10-dək bağlanacaq.


Müəllif: Arzu
Seçilən
18
teleqraf.com

1Mənbələr