AZ

Naxçıvanda müasir dəmiryol şəbəkəsi qurulacaq

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib.

Publika.az xəbər verir ki, artıq Türkiyə tərəfdə işlərə başlanılıb. Layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir və 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

Bu istiqamətdə Azərbaycan tərəfinin hansı işlər gördüyü sualına cavab olaraq "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir.

"Layihələndirmə mərhələsi başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.

Dəmiryol infrastrukturunun sağlamlaşdırılması və modernləşdirilməsində məqsəd həm sərnişinlərin, həm də yüklərin vaxtında və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.

Seçilən
21
11
publika.az

10Mənbələr