Şimali Atlantika Alyansı Rusiya prezidenti Vladimir Putindən gizli saxlanılan Ukraynada nizamlanma üzrə danışıqlar üçün gizli taktika hazırlayıb.
Bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlama verib. Onun sözlərini Amerikanın Newsweek jurnalı sitat gətirir.
Rutte deyib ki, NATO-nun Ukrayna üzrə danışıqların necə aparılacağı ilə bağlı “bəzi fikirləri” var.
“Biz bütün kartlarımızı Putinə göstərmək istəmirik, taktikamızı gizli saxlayırıq”, – Rutte bildirib.
Bundan əvvəl Rutte Ukraynada cəbhənin “səhv istiqamətdə” getdiyi barədə bəyanat vermişdi.
DOĞRU.AZ