AZ

9 il əvvəl oynadığı rola görə ifadə verdi

Türkiyəli aktrisa Melisa Sözen 2016-ci ildə çəkildiyi filmə görə ifadəyə çağırılıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb onun Fransa istehsalı “Le Bureau des Legends” serialının üçüncü sezonunda terror təşkilatı YPG-nin formasını geyinməsi olub.

Məlumata görə, Sezen haqqında məsələ ilə bağlı araşdırma başlayıb və o “terror təşkilatının təbliğatı” ittihamı ilə ifadə verib.

“Geyindiyim paltarın belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin filmdə agent rolunu oynayırdım. Serial Türkiyədə yayımlanmayıb, mən ölkəmi, millətimi sevən biriyəm”, - deyə Melisa ifadəsində deyib.

Qeyd edək ki, aktrisa sözügedən layihədə Suriyada İŞİD-ə qarşı döyüşən ikili agent rolunu oynayıb.





Seçilən
6
qafqazinfo.az

1Mənbələr