Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Publika.az xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserdən verilən məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.
Narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.