AZ

Türkiyədə maliyyə piramidasının təşkilatçıları 45,3 min il azadlıqdan məhrum edilib

Türkiyə məhkəməsi maliyyə piramidası təşkil edən iki qardaşı 45,3 min il müddətinə azadlıqdan məhrum edib...

Poliqon xəbər verir ki, bu barədə “İstiqlal” qəzeti məlumat yayıb.

Mehmet və Fatih Aydın fermerlər üçün bank qurublar. Müştərilərə sərmayələrinin qaytarılacağını vəd edərək onlardan vəsait cəlb ediblər. Əslində, Çiftlik Bank əvvəlcə cinayət sxemi imiş. Ümumilikdə 4582 nəfər fırıldaqçıların qurbanı olub.

Piramidanın dağılmasından sonra qardaşlar Cənubi Amerikada - Braziliya və Uruqvayda türk hüquq-mühafizə orqanlarından gizləniblər. Türkiyə hakimiyyəti onların ekstradisiyasına nail olub.

“Çiflik Bank” piramidası işi üzrə ümumilikdə 20 nəfər məhkəmə qarşısına çıxarılıb. Prokurorluq Mehmet və Fatih Aydınovun 88 min 302 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin məhkəmə yumşaqlıq göstərib və qardaşlar dələduzluq, çirkli pulların yuyulması və cinayət təşkilatına rəhbərlik etdikləri üçün 45 min 376 il 6 ay həbs cəzası aldılar.

Təqsirləndirilən şəxslər təqsirlərini etiraf etməyib və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər.

Poliqon.info

Seçilən
9
1
poliqon.info

2Mənbələr