El Salvador ABŞ-dan olan cinayətkarları pul qarşılığında qəbul etməyə hazırdır...
Poliqon xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele dövlət katibi Marko Rubio ilə danışıqlardan sonra X sosial şəbəkəsində yazıb.
Bukele ABŞ vətəndaşları da daxil olmaqla, məhkum edilmiş cinayətkarları ödənişli olaraq meqa həbsxanamıza CECOT-a qəbul etməyə hazırıq olduqlarını deyib.
O, əlavə edib ki, ABŞ üçün rüsum cüzi olacaq, lakin El Salvador üçün bu, əhəmiyyətlidir.
"Bu, bütün həbsxana sistemimizi davamlı edəcək" deyə lider yekunlaşdırıb.
Terrorçuların təcridxanasında 40 min məhbus yerləşə bilər. Təcridxana 2023-cü ilin fevralında ştatın paytaxtı San Salvadordan 72 km aralıda açılıb.
Poliqon.info