AZ

Cənubi Koreya Polşaya silah tədarükünü davam etdirəcək

Cənubi Koreyadakı daxili siyasi böhran Polşaya silah tədarükünə mənfi təsir göstərməyəcək...

Poliqon xəbər verir ki, bunu Cənubi Koreyanın Müdafiə Alma Proqramı Administrasiyasının (DAPA) yüksək vəzifəli rəsmisi Ço Hyun Gi Varşavaya səfəri zamanı deyib.

Polşa müdafiə nazirinin müavini Pavel Bejda ilə görüşən rəsminin sözlərinə görə, Seul Cənubi Koreyadakı daxili siyasi vəziyyətdən asılı olmayaraq Varşava ilə müdafiə sahəsində əməkdaşlığa qətiyyətlə sadiqdir.

İki ölkənin nümayəndələri K-2 tankları, K-9 haubitsaları, FA-50 təyyarələri və “Çeonmu” reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı müqavilələr ətrafında vəziyyəti müzakirə ediblər. Tərəflər Cənubi Koreya tanklarının Polşaya tədarükü üçün sonrakı müqavilənin bağlanmasının vacibliyini qeyd ediblər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr