AZ

QHT -nin təşkilatçılığı ilə “QHGT Gənclər Həftəsi” adlı tədbir davam edir - FOTOLAR

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “QHGT Gənclər Həftəsi” adlı tədbir davam edir.

QHT.az xəbər verir ki, tədbirin üçüncü günündə “KVAN” və “Danış Görək” kitablarının müəllifi Coşqun Kərimov tərəfindən iştirakçılara kommunikasiya və natiqlik bacarıqları ilə bağlı məlumatlar təqdim edildi. Kommunikasiya və Media Tədqiqatları üzrə mütəxəssis Şəfəq Mehrəliyeva media ilə mədəniyyətin əlaqəsi və onun cəmiyyətdəki kommunikasiyaya təsirindən bəhs edib. İştirakçılar media savadlılığı, media mətnlərinə tənqidi yanaşma strategiyaları haqqında dəyərli fikirlər əldə ediblər.

Dövlət Məşğulluq Agentliyində Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbərov iştirakçılara şəxsi və peşəkar inkişaf haqqında danışdı. Gənclər onları maraqlandıran sualları ünvanlayaraq, maraqlı müzakirələrdə iştirak ediblər.

Təlimin yekun sessiyasını aparan ADA Universitetinin dosenti Anar Vəliyev şəhər dayanıqlığının gücləndirilməsinin, ağıllı və yaşıl şəhərlərin tətbiqinin, məkanın inkişafına çoxsahəli yanaşmanın təmin edilməsinin vacibliyindən danışıb.

Seçilən
5
qht.az

1Mənbələr