AZ

“Tayfun” yenidən sınaqdan keçirildi – VİDEO

Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan” tərəfindən hazırlanan “Tayfun” adlı uzaqmənzilli ballistik raket sisteminin növbəti test atışı həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət “X” hesabında paylaşım edib.

Məlumata görə, test atəşi Rize şəhərində baş tutub. Atış prosesi problemsiz keçib.

Qeyd edək ki, bu ballistik raketin 3-cü sınaq atəşidir. Digər sınaq atışları 2022 və 2023-cü illərdə həyata keçirilmişdi.

Seçilən
0
2
medianews.az

3Mənbələr