AZ

Modinin ABŞ səfəri 12-13 fevral tarixlərinə planlaşdırılıb

Hindistanın baş naziri Narendra Modinin fevralın 12-13-də ABŞ-a səfəri planlaşdırılır. Bu barədə PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Hindistan hökumətinin başçısı Fransaya səfər etdikdən sonra iki günlük səfərlə Vaşinqtona gələcək və Modi fevralın 10-u və 11-də süni intellekt üzrə sammitdə iştirak edəcək.

Yanvarın sonlarında Modi ilə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp Hindistanın baş nazirinin fevralda ABŞ-a səfər etməyi planlaşdırdığını bildirib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaisval brifinqdə təsdiqləyib ki, Amerika və Hindistan tərəfləri baş nazirin ABŞ-a gözlənilən səfəri üzərində işləyirlər.

Əziz Mustafa , Oxuməni.az

Seçilən
17
oxumeni.az

1Mənbələr