AZ

“Quran”ı təhqir edən şəxsə hökm oxundu

Stokholm məhkəməsi müsəlmanların müqəddəs kitabını təhqir edən Salvan Momika ilə əlbir olan Salvan Nacemini etnik zəmində nifrətin qızışdırılmasında təqsirkar bilərək şərti cəza kəsib.

Publika.az xəbər verir ki, cəzanın detalları açıqlanmayıb. Lakin hakim Yoran Lundaxl qeyd edib ki, bu, İsveçdə “Quran”ın yandırılmasına qadağa qoymaq demək deyil.

“Quran” kitabının yandırılması cinayət deyil, lakin mövcud vəziyyətdə bu hadisə təhqiredici hallarla və müsəlmanların ünvanına təhqiramiz ifadələrlə müşayiət olunub", - deyə diqqətə çatdırılıb.

Aksiya zamanı “Quran” nəinki yandırılıb, hətta ayaqlar altına salınıb və donuz ətinə bükülüb.

Hüquqşünas Enqla Pendel izah edib ki, dinin tənqid edilməsi söz azadlığı haqqında qanunla qorunur, lakin bu hal dindarlara qarşı nifrətə çevrilərsə, nifrətin qızışdırılması hesab olunur.

Seçilən
7
2
publika.az

4Mənbələr