AZ

Dövlət qurumları arasında stolüstü tennis yarışının qalibləri - FOTO

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.

“Şüa” İdman Kompleksində təşkil olunan turnirdə qadınlar arasında Svetlana Kayumova, Nərgiz Daşdəmirova (hər ikisi SOCAR), Yeganə Əlizadə (Müdafiə Nazirliyi) fərqləniblər.

Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Rauf Nuhov (Müdafiə Nazirliyi) isə üçüncü pillədə başa vurublar.

İdman.biz

Seçilən
6
2
idman.biz

3Mənbələr