AZ

Ronaldu Messi ilə rəqabətindən danışıb: "Bir-birimizə motivasiya verirdik"

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi ilə rəqabətindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, portuqaliyalı futbolçu 40 yaşı ərəfəsində İspaniyanın "La Sexta" telekanalına müsahibə verib.

"Biz 15 il futbol səhnəsini bölüşdük və aramızda həmişə yaxşı münasibətlər olub. O öz klubunu və millisini müdafiə edib, mən də özümünküləri. Biz bir-birimizə motivasiya verirdik", - deyə o bildirib.

Qeyd edək ki, Ronaldu karyerası ərzində 5, Messi isə 8 dəfə "Qızıl top"u qazanıb.

Seçilən
0
4
bakivaxti.az

10Mənbələr