AZ

Türkiyəli aktrisa prokurorluğa çağırılıb - canlandırdığı obraza görə...

Image

Türkiyəli aktrisa Melisa Sözen prokurorluğa çağırılıb. Buna səbəb aktrisanın 9 il əvvəl Fransada çəkildiyi "Le Bureau des Legends" adlı serialla bağlı olub. Melisa ekran işinin 3-cü mövsümündə terror təşkilatı YPG-nin qadın üzvü obrazını canlandırıb.

Melisa Sözenin ölkəyə daxil olarkən hava limanında saxlanıldığı iddia edilib. İstanbul Baş Prokurorluğu açıqlamasında deyilənləri təkzib edərək, Sözenin saxlanılmadığını, yalnız “terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə şübhəli şəxs qismində dindirildiyini bildirib.

Melisa İstanbul Polis İdarəsində verdiyi açıqlamada "Geyimimin belə bir təşkilatı simvolizə etdiyini bilmirdim. Həmin layihədə agent rolunu canlandırırdım. Serial Türkiyədə yayımlanmayıb. Mən vətənimi və millətimi sevən biriyəm” deyə, bildirib.  Melisa dindirildikdən sonra sərbəst buraxılıb. 

Mətləb






Seçilən
2
2
baki-xeber.com

3Mənbələr