7NEWS.az xəbər verir ki, bu barədə Parlamentin yaz sessiyasında çıxışı zamanı Siyavuş Novruzov deyib. Onun sözlərinə görə İmişlidə baş vermiş qəzadan dərhal sonra icra başçısı camaatın içinə çıxmalı, situasiyaya nəzarət etməli idi: "İmişlidə baş verən xoşagəlməz hadisə hər birimizi üzdü, həmin hadisədən sonra tutulan gənclər də var, xahiş edirəm ki, onları da bağışlasınlar. Bu hadisədən dərhal sonra İmişli icra başçısı camaatın qabağına çıxmalı, situasiyanı nəzarətə almalı idi. Ancaq biz əksini gördük. Əgər sən xalqın içinə çıxa bilmirsənsə, ərizəni yaz, işdən çıx!"
Məlumat üçün qeyd edək ki, İmişlinin icra başçısı Kərəm Həsənovun kadrı kimi tanınan Elçin Rzayevdir.