AZ

Paşinyan: Ermənistan ümid edir ki, Qafqazda sülh ABŞ elitasının prioritetinə çevriləcək...

Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının Amerika siyasi elitası üçün prioritet məsələyə çevriləcəyinə ümid edir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Mirzoyanın sözlərinə görə, sənəd iqtisadi və enerji əlaqələrinin möhkəmləndirilməsini, müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsini, insanlar arasında əlaqələrin genişləndirilməsini əhatə edir.

Həmçinin yanvarın 24-də Ermənistan parlamentinin müvafiq komitəsi ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, sözün hərfi mənasında ölkənin Aİ-yə üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər.

Poliqon.info

Seçilən
8
3
poliqon.info

4Mənbələr