AZ

Misirlə fövqəladə hallar müzakirəsi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Kəmaləddin Heydərov Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə uzun illərə söykənən sıx əlaqələrin mövcud olduğunu xatırladıb. Bu çərçivədə, nazir bu gün keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında münasibətlərin formalaşması baxımından faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Azərbaycanın müvafiq dövlət qurumu ilə Misirin aidiyyəti dövlət qurumları arasında fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün mövcud potensialdan danışıb.

Hişam Mohamed Nağı Abdel Həmid iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin formalaşdırılmasının qarşılıqlı faydasından danışıb.

XQ

Seçilən
7
6
xalqqazeti.az

10Mənbələr