AZ

Ronaldo: “Tarixin ən yaxşı oyunçusuyam”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo özünü tarixin ən yaxşı oyunçusu hesab edir.

Msport.az xəbər verir ki, portuqaliyalı superulduz argentinalı futbolçular Lionel Messi və Dieqo Maradonanı özündən zəif hesab edib.

“İnsanlar Messi və ya Maradonanı bəyənir, buna hörmət edirəm. Amma mən onların ən mükəmməliyəm. Tarixin ən yaxşı oyunçusuyam. Heç vaxt özümdən yaxşısını görməmişəm. Topa başla vurmağı yaxşı bacarıram, cərimə zərbələrini uğurla yerinə yetirirəm, sürətliyəm, güclüyəm, hündürə tullanıram”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo Çempionlar Liqasının beşqat qalibi, eyni zamanda Avropa çempionudur.

Seçilən
9
msport.az

1Mənbələr