AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light"markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,37 ABŞ dolları və ya 0,47% azalaraq 78,15 dollar/bareltəşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,48%ucuzlaşaraq 76,96 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,38 dollar və ya 0,6% azalaraq 62,87 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,97 dollar və ya 1,26%azalaraq 77,05 dollar/barel təşkil edib.

Fevralın 4-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
13
6
az.trend.az

8Mənbələr