ABŞ prezidenti Donald Tramp bildirib ki, administrasiyası potensial olaraq 10 faizlik tariflər tətbiq etməzdən əvvəl Çinlə danışıqlar aparmağı planlaşdırır...
Poliqon-nun Bloomberg-ə istinadən məlumatına görə, Tramp jurnalistlərə deyib ki, Çinlə danışıqlar böyük ehtimalla yaxın 24 saat ərzində baş tutacaq. Həftəsonu o, Çinə qarşı tariflərin çərşənbə axşamı saat 12:01-də qüvvəyə minəcəyini açıqlayıb.
"Əgər Çinlə razılığa gələ bilməsək, tariflər çox, çox əhəmiyyətli olacaq", deyə Tramp bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt daha sonra Fox News-a bildirib ki, Tramp Çin prezidenti Si Szinpinlə hər il on minlərlə amerikalının ölümünə səbəb olan qeyri-qanuni Çin fentanilindən danışmağı planlaşdırır.
"Prezident Çinə açıq şəkildə bildirdi ki, biz buna dözmək fikrində deyilik", deyə rəsmi BİLDİRİB.
Bundan əvvəl Çinin Ticarət Nazirliyi Trampın tariflər tətbiq edəcəyi ilə bağlı vədlərinə cavab olaraq, müvafiq əks tədbirlər görəcəyini vəd edib və həmçinin Çinin Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini bəyan edib.
Poliqon.info