AZ

Trampdan Çinə 600 milyard dollarlıq zərbə

ABŞ prezidenti Donald Tramp Çinə rekord məbləğdə - 600 milyard dollarlıq rüsumlar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirilib. “Mən Çinə 600 milyard dollar məbləğində çox əhəmiyyətli tariflər tətbiq etmişəm. Başqa heç bir prezident bu qədər yüksək rüsum tətbiq etməyib", - Tramp qeyd edib. Çin tərəfi isə Trampı bu zehniyyətə son qoymağa çağırıb. Avropa Komissiyası da ABŞ prezidentinin ticarət siyasətini yanlış hesab etdiyini bəyan edib.

Qeyd edək ki, Tramp 2025-ci il fevralın 13-dən “qarşılıqlı tariflər” tətbiq edəcəyini açıqlamışdı.

Seçilən
16
1
sia.az

10Mənbələr