Ötən gün, fevralın 3-də, Laçın rayonunun Pircahan kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlunun idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Laçın RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.