AZ

İcbari sığorta müqaviləsini bağlamayan şirkət cərimələnib

Məhkəmə icbari sığorta müqaviləsini bağlamayan şirkətlə bağlı qərar çıxarıb.

“Avtoman” MMC icbari sığorta müqaviləsini bağlamadığı üçün cərimələnib. 

Operativ Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Avtoman” MMC yük avtomobilləri və iş texnikaları üçün mühərrik yağları, filterlər, ehtiyyat hissələri, akkumulyator itxalını və topdan satışını həyata keçirir.

Seçilən
22
1
operativmedia.az

3Mənbələr