AZ

Ərdoğandan zəlzələlərlə bağlı çağırış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində getdikcə tez-tez olan zəlzələlər fonunda İstanbulda və ölkənin digər əyalətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlıq görməyə çağırıb.

Olaylar.az xəbər verir ki, o bu haqda Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Türkiyə liderinin sözlərinə görə, yerli rəhbərliklər məsələyə əhəmiyyət verməli və şəhərləri mümkün zəlzələlərə hazırlamalıdır.

Ərdoğan Türkiyə şəhərlərini, xüsusilə İstanbulu zəlzələyə davamlı etməkdən başqa çarə olmadığını vurğulayıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
6
olaylar.az

10Mənbələr