Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 11-ci dəfə gəldiyini bildirib...
Poliqon xəbər verir ki, Rafael Qrossi bu barədə X sosial şəbəkəsində yazıb.
“Müharibə başlayandan bəri Ukraynaya 11-ci səfərimdə mən Ukraynanın nüvə enerjisi sənayesinin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən “Kiyevskaya” yarımstansiyasına dəymiş ziyanı qiymətləndirmək və nüvə qəzasının qarşısını almaq üçün gedirəm”, o, yazıb.
“Getdikcə kövrəkləşən şəbəkə təkcə Zaporojye AES-i deyil, bütün atom elektrik stansiyaları üçün artan risk yaradır”, Rafael Qrossi əlavə edib.
MAQATE-nin daha əvvəl bildirdiyi kimi, Qrossi Kiyevdə Ukrayna rəhbərliyi ilə də danışıqlar aparmağı planlaşdırır.
Poliqon.info