ABŞ-də qanunsuz yaşayan 200-dən çox Hindistan vətəndaşı ABŞ hərbi-nəqliyyat təyyarəsi “C-17” ilə vətənlərinə deportasiya edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu, ABŞ-də qalma qaydalarını pozanların deportasiyası üçün təşkil ediləcək "çoxsaylı reyslərdən" birincisidir. Onları daşıyan təyyarə Texas ştatından yola düşüb.
Hindistanlıların ABŞ-dən çıxarılması Cənubi Asiya respublikasının Baş naziri Narendra Modinin gələn həftə Vaşinqtona səfər edəcəyi barədə məlumatlar fonunda başlayıb. Bu, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra onun ilk səfəri olacaq.