Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı Potomak çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə edilmiş eksklüziv video görüntülərinin sızması ilə əlaqədar saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
"Vaşinqtonun paytaxt hava limanları idarəsinin iki əməkdaşı təyyarə və helikopterin toqquşmasını əks etdirən müşahidə kameralarından əldə edilmiş eksklüziv videonun CNN-ə görüntülərinin sızması ilə əlaqədar saxlanılıb", - nəşrdə qeyd olunub.
Telekanalın məlumatına görə, onlar qurumun qeydlərinin icazəsiz surətini çıxarmaqda ittiham olunublar.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. 55 qurbanın şəxsiyyəti müəyyən edilib.