AZ

Nazirlik: "Azərbaycanda qrip və digər respirator viruslara yoluxma halları müşahidə olunur"

"Hazırda Azərbaycanda mövsümi qriplə yanaşı digər kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarına rast gəlinir".

Bunu hakimiyyet.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, soyuq aylarda hər il olduğu kimi, bu il də, xüsusən yanvar-fevral aylarında qripə yoluxma hallarının digər respirator virus infeksiyalarını üstələdiyi müşahidə edilir:

"Respirator viruslarla payız-qış fəsillərində əhalinin ümumi xəstələnmə səviyyəsi əvvəlki illərdən fərqlənmir".

"Tək-tək hallarda yeni koronavirus infeksiyasına da rast gəlinir. İnsan metapnevmovirusuna yoluxma halının isə rəsmi təsdiqi yoxdur", - deyə o bildirib.

Aləmdə Nəsib

Seçilən
10
1
hakimiyyet.az

2Mənbələr