AZ

Kişi kimi deyin, özünüzü gözdən saldınız - Deputatdan həmkarına

"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik".

Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev deputat Siyavuş Novruzovun İmişli hadisələri ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verərkən deyib.

"Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. 

Siyavuş müəllim, bu cür yanlışlıq etməklə özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum", - deputat Razi Nurullayev qeyd edib.

Qeyd edək ki, deputat Siyavuş Novruzov parlamentdə çıxışında İmişlidə baş verən sonuncu hadisələrə toxunaraq deyib ki, məsələni rayonun hər iki deputatı ilə müzakirə edib. O daha sonra rayon rahəbərliyini kəskin tənqid edib: "Hadisə İmişli rayon mərkəzindən 3 km  məsafədə baş verib. Lakin prokurordan başqa Rayon İcra Hakimiyyəti başçısı, nə polis rəisi hadisə yerinə gəlib xalqın qarşısına çıxır. Camaatın qarşısına çıxıb onları başa salmaq əvəzinə, xalqın qarşına polis düzüb insanları qıcıqlandırıblar. Axı rayon rəhbərliyi niyə sinəsini kənara çəkib camaatdan qaçır? Camaatın qarşısına çıxmağa üzün yoxdursa, ərizəni yaz, get evinə".

O həmçinin həbs olunan şəxslərin bağışlanması üçün təklifdə bulunub.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
59
5
Demokratikmusavat.com

3Mənbələr