AZ

“Səməd Vurğun qədər yaltaq şair olmayıb” – Əlisa Nicat


“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Lent.az-a müsahibəsində yazıçı Əlisa Nicat deyib.
““Bütün yer üzünün xoş gələcəyi
Hər zövqü, səfası partiyamızdır”. - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar.
Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov (Mircəfər Bağırov - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - yazıçı bildirib.
O, daha sonra Sovet dövrü ədəbiyyatından danışarkən yenidən Səməd Vurğunu tənqid edib:
“Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar, Əbülhəsən “Dostluq qalası” əsərini yazırdı. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam. Hələ Süleyman Rüstəm Mərkəzi Komitəyə şeir yazmışdı.
Seçilən
10
10
yeniavaz.com

10Mənbələr