“Azər-Türk Bank” (ATB) kredit faizlərini 1,5-2 faiz bəndi artırıb.
Bank 24 ayadək olan kreditlər üzrə faizləri 13%-dən 14,5%-ə qaldırıb. Üstəlik 0,5% komissiya haqqı tətbiq edib. Kreditlər üzrə limit isə 50 min manat müəyyən edilib. Bank 36 ayadək olan kreditləri 14%-dən 15,5%-ə, 48 ayadək olan kreditləri isə 15%-dən 16,5%-ə qaldırıb.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
ATB həmçinin faktiki illik faiz dərəcəsinin (FİFD) maksimal dərəcəsini 27,1%-dən 30,9%-ə qaldırıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. ATB-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.//Yenisabah.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta