AZ

"Qalatasaray"dan "Ayntraxt"a - Rəsmi

style='margin-bottom:10px;'>

"Qalatasaray" futbolçusu Mişi Batşuayini satıb.

QOL.az xəbər verir ki, 31 yaşlı hücumçu "Ayntraxt"a keçib. Bu barədə Almaniya klubunun saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi belçikalı forvardla 2027-ci ilin yayınadək müqavilə imzalayıb.

"Ayntraxt" bu transferə görə "Qalatasaray"a 3 milyon + 500 min avro ödəyəcək.

Qeyd edək ki, Batşuayi cari mövsüm İstanbul təmsilçisinin heyətində 30 matça çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr