AZ

Tramp İsrailə İranın nüvə obyektlərini vurmağa icazə verə bilər

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla nizamlanması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailə İranın nüvə obyektlərinə zərbələr endirməsinə icazə verə bilər, “TASS” "Foreign Affairs" jurnalına istinadən xəbər verir.

Jurnalın müşahidəçilərinin fikrincə, bu halda ABŞ hərbçiləri İsrailin İrana hücumuna qoşulmağa məcbur olacaqlar, çünki yəhudi dövləti Amerika Birləşmiş Ştatlarının köməyi olmadan yerin dərinliklərində yerləşən nüvə obyektlərini məhv edə və Tehranın cavab zərbəsini dəf edə bilməyəcək.

Hesabatda deyilir ki, Tramp çətin vəziyyətdədir: o, sülhməramlı kimi tarixə düşmək istəyir, lakin eyni zamanda İrana qarşı döyüşkən ritorikasını saxlayır.

Ötən ilin oktyabrında İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, dövlət İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırmır.

Almaz Həsənli

Seçilən
8
oxumeni.az

1Mənbələr