Həmçinin maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində fikir mübadiləsi aparılıb.
Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" də paylaşım edib.
"Görüş zamanı sığorta sektoru üzrə 2024-cü ilin nəticələrini və cari il üçün strateji prioritetləri müzakirə etdik. Həmçinin yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq", - sədr qeyd edib.