AZ

"Mançester Siti"dən 60 milyonluq transfer, Joau Feliks "Milan"a keçir

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 3-də Avropanın "böyük beşlik" liqalarında qış transfer pəncərəsi bağlanıb.

AZƏRTAC xəbər verir ki, transfer dövrünün son günündə bəzi vacib keçidlər reallaşıb.

İngiltərənin "Mançester Siti" klubu Portuqaliya "Portu"sundan Niko Qonsalesi 60 milyon avro təzminat qarşılığında heyətinə qatıb. İspaniyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Məlumat üçün bildirək ki, "Portu"ya "Barselona"dan keçən 23 yaşlı futbolçu sabiq komandasına 24 milyon avro qazandırıb.

Transfer pəncərəsinin son günündə ən aktiv klublardan biri İtaliya "Milan"ı olub. Milan şəhərinin eyniadlı təmsilçisi "Fiorentina"dan Rikkardo Sottili, "Montsa"dan Varren Bondonu və "Feyenoord"dan Santyaqo Ximenesi transfer edib. İddiaya görə, klub "Çelsi"nin portuqaliyalı yarımmüdafiəçisi Jau Feliksi də icarəyə götürüb.

İngiltərə "Tottenhem"i Almaniyanın "Bavariya" klubunun forvardı Matis Tellə güclənib.

"Aston Villa" İspaniya millisi və PSJ-nin futbolçusu Marko Asensionu icarə əsasında heyətinə qatıb.

"Benfika" İtaliya millisi ilə Avropa çemionu olmuş Andrea Belottini "Komo"dan transfer edib.

Seçilən
2
azertag.az

1Mənbələr