Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli fərmanının 1-ci və 4-cü hissələrinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə yaradılıb.
Dövlət Tərcümə Mərkəzi isə Prezident İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı sərəncamı ilə yaradılıb.
Hər iki qurum Prezidentin 21 noyabr 2024-cü il sərəncamı ilə ləğv edilib.