AZ

Azərbaycan pambıq ipliyi istehsalını 41%-dən çox artırıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 18 454 tondan çox pambıq ipliyi istehsaledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici iləmüqayisədə 5 412 ton və ya 41,5% çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda toxuculuq sənayesi, geyim,dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində551,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Məlumata görə, 2023-cü illə müqayisədə geyim istehsalında 24,7%,dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 9,3%,toxuculuq sənayesində isə 0,9% artım müşahidə olunub.

Seçilən
3
az.trend.az

1Mənbələr