Azərbaycan Dövlət Pedaqoji Universiteti məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi, zibil çənlərinin dezinfeksiyası və yuyulmasına 70 916 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, universitet "K.M." MMC ilə müqavilə bağlayıb.
Xidmət Səbail, Nərimanov və Nəsimi rayonlarındakı binaları əhatə edəcək.