AZ

Son bir həftədə Egey dənizində 571 təkan qeydə alınıb

Bakı, TurkicWorld

Egey dənizində davam edən 'zəlzələ fırtınası' fəaliyyəti çərçivəsində yanvarın 28-dən fevralın 3-dək 571 təkan qeydə alınıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Son bir həftədə Egey dənizində bir-birinin ardınca baş verən zəlzələlər mütəxəssislərin diqqətini çəkib.

AFAD-ın məlumatına görə, bölgədə ümumilikdə 571 yeraltı təkan qeydə alınıb. Mütəxəssislər bu fəaliyyəti “zəlzələ fırtınası” adlandırır və prosesin yaxından izlənilməsinin vacibliyini vurğulayırlar.

Seçilən
10
turkic.world

1Mənbələr