AZ

"Baku Network"un rəhbəri Elçin Alıoğlu “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək

Bakı. Trend:

Fevralın 4-dən 6-dək Moskvada "Valday" Beynəlxalq DiskussiyaKlubunun XIV Yaxın Şərq Konfransı keçiriləcək. Konfransdaspikerlərdən biri "Baku Network" ekspert platformasının rəhbəri,Trend BİA-nın direktor müavini Elçin Alıoğlu olacaq.

E.Alıoğlu “Nəqliyyat dəhlizləri və quruda və dənizdətəhlükəsizliyin gələcəyi” adlı sessiyada çıxış edəcək. Bundanəlavə, sessiyada Dubay Dövlət Siyasəti Araşdırmaları Mərkəzinin başelmi işçisi Xalid Əlşimmari, "Infranews" tədqiqat agentliyinin başdirektoru Aleksey Bezborodov və İran Xarici İşlər Nazirliyi yanındabeynəlxalq əlaqələr fakültəsinin dekanı Məhəmməd Rza Dehşiriiştirak edəcək.

Builki forumun mövzusu belədir: “Yaxın Şərq 2025: Keçmişdən dərsalmaq, indiki zamanda itməmək və gələcəyi planlaşdırmaq”. TədbirdəAzərbaycan, Əlcəzair, Böyük Britaniya, Misir, İordaniya, İraq,İran, Livan, BƏƏ, Pakistan, Fələstin, Rusiya, Suriya, ABŞ vəTürkiyə də daxil olmaqla 15 ölkədən 50-dən çox ekspert, siyasətçivə analitik iştirak edəcək.

Xarici iştirakçılar arasında BMT baş katibinin köməkçisiEzzeldin Rəmzi Rəmzi, Fələstinin sosial məsələlər üzrə naziri vəFələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü ƏhmədMəcdəlani, Suriyanın Rusiya Federasiyasındakı fövqəladə vəsəlahiyyətli səfiri Bəşər Cəfəri, Qahirədəki AmerikaUniversitetinin Beynəlxalq Münasibətlər və İctimai SiyasətMəktəbinin fəxri dekanı Nabil Fəhmi kimi tanınmış siyasətçilər vəekspertlərin iştirakı gözlənilir.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr