AZ

Mərkəzi Bankda sığortaçıların bu ilki strateji prioritetləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun cari il üçün strateji prioritetləri müzakirə edilib.

FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

“Ötən ilin sənaye yekunlarını və cari ilin strateji prioritetlərini müzakirə etmək üçün Mərkəzi Bankda sığorta sektorunun rəhbərləri ilə görüşdük. Bundan əlavə, qısa və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq” – deyə o, qeyd edib.

MərkəziMərkəzi
Seçilən
0
1
fed.az

2Mənbələr