AZ

Avtomobillərin motorunu qızdırmağa görə cərimə yazılacaq

Rusiyada sürücülər avtomobillərinin mühərriklərini həyətdə uzun müddət qızdırdıqlarına görə cərimələnə bilərlər.

AzPost bildirir ki, bu barədə hüquqşünaslar qanunun şərhində xatırladıblar.

Mühərrik 5 dəqiqədən çox işləyirsə, polis 1,5 ilə 3 min rubl arasında cərimə yaza bilər. Bu ekoloji pozuntu hesab olunur.

Cəzaların qarşısını almaq üçün mütəxəssislər yaşayış binalarından uzaqda park etməyi və işə başlamazdan əvvəl taymerdən istifadə etməyi məsləhət görürlər.

Seçilən
2
azpost.info

1Mənbələr