AZ

AFFA rəsmiləri “Yuventus” və “Atalanta”nın oyunlarında

AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, onunla yanaşı, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva da UEFA Gənclər Liqasının matçında iş başında olacaq.

Belə ki, Könül Mehdiyeva fevralın 11-də gerçəkləşəcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) matçında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Zümrüd Ağayeva isə növbəti gün baş tutacaq “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda təşkil olunacaq.

Seçilən
8
17
arena.az

10Mənbələr