Xalq artisti Ənvər Həsənov ötən gün Mərdəkanda müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova danışıb.
O bildirib ki, həkimlərlə məsləhətləşəndən sonra qərar alınıb ki, aktyor bir müddət müalicələrini evdə aparacaq.
Yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində daha sonra isə Reabilitasiya Mərkəzində davam etdirilib.
"Cebheinfo.az"