AZ

Bankın yarım milyon manatlıq əmlakı hərraca çıxarılır

Fevralın 6-da "Bakı Hərrac Mərkəzi"-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonunda dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.


Müəllif: Mirvari Əzizova
Seçilən
55
24
teleqraf.com

10Mənbələr