Rövşən Tağıyev: Bəzi piyadalar yolu keçərkən həyatlarını heçə sayaraq özlərini avtomobilin altına atırlar.
Ötən gün Binəqədidə piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.
Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev "Facebook" hesabında paylaşım edib.
"Dünən Binəqədi rayonu ərazisində Avtovağzalın yanında baş vermiş qəza bir daha onu deməyə əsas verir ki, bəzi piyadalar yolu keçərkən həyatlarını heçə sayaraq özlərini avtomobilin altına atırlar. Bu da faciəvi son", - o, qeyd edib.
Həmin görüntüləri təqdim edirik: